“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə

Qız nənəsinə deyir:Həmişə sən mürgülüyürsən, nənə,Yırğalayırsan başını, gəlsənə,Yuxlamayıb qulaq verəsən mənə,Söhbət edək sən mənə, həm mən sənə.

Hansı səbəbdən üzünün dərisiQırış-qırışdır çölü, içərisi?Mənim üzüm də saralırmı, nənə,Qırışarmı sənin kimi dərisi?

Mən də sənintək olarammı nənə?Söylə görüm bu əhvalı bir mənə.Məgər mənim bu gördüyüm, halətim.Dəyişilib oxşayarammı sənə?

Nənə öz tərəfindən “Molla Nəsrəddin”dən təvəqqə edir qıza cavab versin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pambıq qiyməti

Qəzetlərdə pambıq qiyməti haqqında arabir məqalələr gedir.Bizim idarəmizdə də bəzi yerlərdən kağızlar gəlir, bizim nə fikirdə olduğumuzu soruşurlar ki, bugünkü pambıq qiymətini artıqmı hesab edirik, əskikmi, ya yerindəmi?

2 min
Zarafat

Rza şahın şah olmaq söhbətini qabaqlarda mən zarafat sanırdım və indi də zarafat sanıram. Səbəbi budur ki, indiki əsrdə təzədən taxta çıxıb, tac qoymaq söhbətini bir yanda eşidəndə adam elə bilir ki, küçə uşaqları küçədə şah-şah oyunu oynayırlar.Amma İranın işi çox məzəlidir. Bir neçə ay bundan qabaq İranın bıvşi (keçmiş) padşahı Əhməd şah Firəngistandan İrana gəlməyə hazırlaşanda İran azadixahları Əhməd şaha kağız yazmışdılar ki, sənin indiki əsrdə Tehrana qayıtmağın bicadır. Çünki dünyada cəmi hökumətlər cümhuriyyət şəklini aldığı halda, biz iranlılar özümüzü bundan sonra bir nəfər şahın istibdadı altına salmarıq. Hətta Rza şah özü də axırıncı məktubunda bu məzmunda Əhməd şaha bir vəsiyyət yazmışdı. İndi belə məlum olur ki, bunlar hamısı biclik imiş. Demək, beləliklə, biçarə Əhmədin başının altına yasdıq qoymuşlar və qoydular da.

2 min
Əsil məqsəd nə imiş

Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı:– Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır.

2 min
Moizə

– Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək.– Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən.

1 min

Poems by other poets · Satire