“Molla Nəsrəddin”in qıza cavabı
Qızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,Səntək qızlar hələ gəlin oynadar,Hələ sən lətifsən, almasan, narsan.
Keçər günlər, çatar səkkizə yaşın,Çağırar hirsilə səni dadaşın,Turşudar üstünə gözlərin, qaşınDiqqətilə sən də ona baxarsan.
Söyləyər dadaşın sənə bir kərə:– Mən səni, ey qızım, vermişəm ərə!Başını qorxudan əyibən yerə,Bir söz danışmayıb sən lal olarsan.
Bir molla gətirər pulu və qəndi,Salar gərdəninə kəməndi, bəndi,Dəxi hara tərpəşəçəksən indi,Qızım gör bir nə günlərə qalarsan?
Axırda zor ilə olar sənə ərQırx yaşında dəvə kimi bir nəfər,Boynu yoğun, əqli nazik, özü xər,Onda sən başına nə daş salarsan?
Bundan sonra dəxi günün qaradı,Qızım, bu bir sağalmayan yaradı,Ta indi gedəcək yerin haradı?Dəxi bundan sonra tez qocalarsan.
Eşidərsən ərindən acı sözü,Ya azdı bozbaşın, ya çoxdu duzu,Tək oturub edər naharı özü,Sən dalanda yalqızca dolanarsan.
Bir gün eşidərsən, bir arvad alıb,Səni gözdən dəxi bilmərrə salıb,Bir ayrı otaqda sən yetim qalıb,Tazə arvadına sən qurtdanarsan.
Sonra gedib alar bir özgəsini,Salar üçüncüyə öz həvəsini,Arvadların kəsilməyən səsiniEşidib, od tutub sən odlanarsan.
Bir gün onnan, bir gün bunnan vuruşar,Bu gün onnan, sabah sənnən duruşar,Bu cür, qızım, axır alnın qırışar,Söz yox ki, nənəni yada salarsan.
“Molla Nəsrəddin”, 28 aprel 1906, №4
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-molla-nesreddin-in-qiza-cavabi
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Otİlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:
YuxuMolla, salaməleyk!Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan?
Poems by other poets · Satire
Hüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
Şimdi hər millət edir nəfsini irfanə fədaŞimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.
Bulvar hara, məktəb hara(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)