Ortadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.

Bir tərəfdə sazlamış Mirzə Ələkbər aşiyan,Hər yerə baxsan, görərsən əski dünyadan nişan,Hər tərəf əmmamə, hər yan molla, hər yan növhəxan,Hər tərəfdə tə’ziyə, hər yerdə əfğan, Astara,Hər tərəfdə arizuyi-vəsli-qılman, Astara.

Bir tərəfdə qız-qadın yetməkdə azadiyyətə,Bir tərəfdə Şahnisə pabəstə və’di-cənnətə,Bir tərəfdə səhnələr isbat ikən hürriyyətə,Bir tərəfdə matəmi-şahi-şəhidan, Astara,Gündüz aşura, gecə şami-qəriban, Astara.

Xoş tərənnümsaz ikən, bir yanda internasyonal,Bir tərəfdə hilə, təzviru riya, vizrü vəbal,Şahsevən, karvan vuran Mirzə Ələkbər qilü-qal,Gündə bir qarət, xəsarət, gündə bir qan, Astara,Gündə mö’cüz, gündə bir təqlid, bürhan, Astara.

Bir tərəfdə oğru-əyri Kərbəla zəvvarıdır,Hər tərəfdə siğə, müt’ə, qız-qadın bazarıdır,Hər tərəfdə birja, hər kəs axirət tüccarıdır,Dinə ambar, məzhəbi-imana dükkan, Astara,Hər tərəfdə molla, xan, sərtibü ə’yan, Astara.

Bir tərəfdə məktəbi-təhsili-ürfan parlayır,Bir tərəfdə Kərbəla çavuşu tez-tez çarlayır,Çoxlu dərvişü dilənçi, yolçu zar-zar zarlayır,Kor-keçəl dünyası mə’vayi-yetiman, Astara,Hər tərəf çılpaq, tumançaq, xanəviran, Astara.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire