Şükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.

Söyləyək məclisdə cahil xalqa yüz min səfsətə,Azdıraq, yoldan çıxardaq milləti bundan sora.

Öskürək, hay-küy salaq, təqrirə meydan verməyək,Açsa hürriyyətdən hər kim söhbəti, bundan sora.

Məclisi ürfanda olmaq şanlı hürriyyətpərəst,Məscidü minbərdə qoymaq bid’əti, bundan sora.

Mollanın tənbəl yeyib-yatmaq yaranmış şanına,Ölsə də atmaz keçən xasiyyəti bundan sora.

Mə’niyi-qur’anı bilməz, anlamaz heç bir sözü,Alim olsun cahil etsin ümməti bundan sora.

And içib qur’ana yüz min dəfə sadiq qalmasın,Etməsin islamə doğru xidməti, bundan sora.

Bax bu cahil xəlqə istər molladan hürriyyəti,Tazə qılmaq istər əski xilqəti bundan sora.

Beldəki şal on bir arşin, başdakı əmmaməninOn iki batman gərəkdir siqləti, bundan sora.

Oldu hürriyyət, hər ayda altı arvad al boşa,Sal kəməndə gündə bir dul arvadı bundan sora.

Qit’ə-qit’ə sat müsəlmana behiştin bağların,Pulların al, boynuna qoy minnəti, bundan sora.

Məclisi ehsanidə əks-həmləmizlə bəl edək.Küftəni, şorbanı, bozbaşı, əti, bundan sora.

Ağbaşın şənindən yüz il yazsa da Hərdəmxəyal,Ağbaş, Ağbaşdır, dəyişməz hey’əti bundan sora.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice