Qadın
Qadın! Ey sevgili həmşirə, oyan!Ana! Ey nazlı qadın, qalx! UyuyanDaima mövtlə həmduş oluyor,Zillü möhnətlə həmaquş oluyor,İştə sıyrılmada həp zülmətlər!..Ağarır dan yeri, qalx,iştə səhər!..Oyan, ətrafını seyr et də düşün!Bütün övladi-vətən iştə bu günYalınız səndən umar sədrə şəfa,Yalınız səndə bular ruha qida.Ana övladını bəslər, böyüdür,Anasız millət, əvət, öksüzdür.Sənin aləmdə vəzifən, hissənNə böyük, həm nə ağırdır, bilsən?!
Qadın! Ey sevgili, şəfqətli mələk!Bu qədər səbrü təhəmmül nə demək?O lətafət, o nəcabətlə sana,Bu əsarət, bu həqarət nə rəva?!Sən nəsən?.. Kəndini bil, zəfi burax!Həp nəsibinmi sənin sillə, dayaq?Çəkmə ah, eylə mükəddər, məhzun,Ağla göz yaşların axsın, coşsun!Ağla , fəryadını duysun ərlər,Bəlkə insafa gəlib rəhm edələr.“Ağla, həp ağla!” dedim, çox yanılış...Çınlasın, mövcələnib yüksəlsinO səsin qüvvəti, təsiri böyük...Ağla, ta lərzəyə gəlsin yer, gög
Bax, bax insan nə qədər aldanıyor?Xayır, əsla məni sən dinləmə, dur!“Ağla, həp ağla!” dedim, çox yanılış.Ağlamaqdan nə çıxar sanki? Çalış!Oluyor iştə hüququn pamal,Çalış, öyrən, ara, bul, haqqını al!Pərdeyi-zülmət içindən sıyrıl!Qəhrəmanlar kimi qovğaya atıl!Fəzlü ürfanla mücəhhəz olaraqCəhli yıx, qəfləti yax, əczi burax!Kimsədən gözləmə yardım əsla;Yalınız kəndinə kəndin ağla!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-qadin
Use ← → keys to move, R for a random poem
More by this author
Alp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada*Xacə Nizam gəlir, Hacıb baş əyər.*
Dördüncü pərdəI səhnəXəyyamın iş odası... bir yanda hey’ət elminə aid rəsədxanə alətləri, bir yanda kütübxanə. İbn*
Beşinci pərdəI səhnəMəzarlıq... İmamzadə günbədi... Onun yanında namaz qılınmağa məxsus bir oda. Ətrafda*
Altıncı pərdəNişaburda ilk baharın coşğun və gözəl günü, bağçada yeşilliklər və çiçəklər. Bir tərəfdə*sarmaşıqla sarılı bir qülbə. Qülbənin önündə bir taxt qoyulmuş. Saçları, saqalı ağarmış, ağ geyimli*