Qəmər!
Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım,Vücudum atəşi-humma içində həp yanıyordu.Bütün mühitimi süzdükcə artıyordu məlalim,Gözümdə bir sürü teyfi-əməl qanatlanıyordu.
Səma gözəldi, hava safü xəndəriz... fəqət mənBu iğbari-siyahrəng içində məhv oluyordum.Dəniz kənarinə endim, dərin-dərin düşünürkən,Kədərlərim bəni üzmüşdü, bir tərəfdə oturdum.
Dəniz də heyrətə dalmış, bənim kibi o da düşgün...Bənim kibi o da müstəğrəqi-xəyal idi; lakinBən ağlıyordum, o xamuş... bən həyatıma küskün,O eyliyordu dərağuş önümdə bir təni-simin.
Qəmər, o çöhreyi-dilbər, o nuri-cazibəpərvər,Çiçəklənirdi onun sinəsində hər yeri üryan;Qəmər, o misrai-bərcəstə, ah... o şeri-münəvvər,Gülümsiyor, onu əmdikcə mavi bir ləbi-rəyyan.
Bəni o nuri-lətif eyləmişdi kəndinə məftun;O simbər qızı dalğın nəzərlərimlə öpərkən,“Qəmər! Qəmər!..” deyə qarşımda sanki bir dili-məhzun
Anar da keçmişi, həp çırpınırdı inliyərəkdən.“Bu hanki səs, bu nasıl bir iniltidir?” deyə daldım,Həmən önümdə sənin çöhreyi-həzinini buldum.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-qemer
Use ← → keys to move, R for a random poem
More by this author
Dinliyorkən lisani-şerimi bən,Bir yetimin lisanhalı kibi,
İki həmşireyi-lətafətü anBəzən əsla umulmayan yerdən,Nə qədər bəxtiyar olur insan!
İlk baharKiçik bir məktəbliyə*Bahar, bahar gəlmiş, yenə ilk bahar;
iştə bir divanədən bir xatirə“Sən nəsin? Kimsin?” deyən ariflərə*Arqadaşlar! Sormayın, hiç sormayın!
Poems by other poets · Nature and spring
Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
YazQızışdırar bahar ayı yerin, göyün havasını,Dəyişdirər, tünüklədər xəlaiqin libasını.
BəndəmKönlün intəhasız arzuları var,Xəzan çağında da bir maya bəndəm.