-Kiçik bir məktəbliyə*

Bahar, bahar gəlmiş, yenə ilk bahar;Güllər, çiçəklər gülər, quşlar oynar.Göyün altun saçlı qızı nur saçar,İnsanların tutqun könlünü açar.Dağlar, çəmənlər geyinir al, yaşıl;Yerlər, göylər parıldar işıl-işıl.Bülbüllər ötüşür, cəh-cəh vururlar,Güllüklərdə dügün, dərnək qururlar.Sevgili bir çoban, on bir yaşında,Düdük çalar axar sular başında.Ətrafında qoyun, quzu hoplaşır,Oynar, mələr, qoşar yenə toplaşır.Bir yanda bir dul qadın ağır-ağırXəstə yavrusunu öpüb oynadır.Bir yanda məktəbli bir çox qız, oğlanOynaşıb oxuşur həp bir ağızdan.Əl-ələ, qol-qola şadan olurlar,Haqqın qüdrətinə heyran olurlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring