O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.
Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım.
Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim,Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.
Maqta — the closing couplet bearing the poet’s pen name. Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim,Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulfet-xan-tuti-o-gun-kim-hesret-ile-ol-buti-zibadan-ayrildim