Sevgilim
Gecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,İnsaf eləmədin, mürvət etmədin,Çəkdirdin sən məni dara, sevgilim.
Bir dərdim var yar əlində çarası,Dərmanımdır iki qolun arası,Biri alma, biri heyva parası,Həsrət qoyma şirin nara, sevgilim.
Gözün cəllad, kipriklərin kamandır,Vüsalından ayrı düşmək yamandır,Bir busə ver, ləblərindən amandır,Ciyər oldu para-para, sevgilim.
Mehman olub otağında yatmadım,Ov bərədən keçdi oxu atmadım,Bilal deyər, vüsalına çatmadım,Qismət olma sitəmkara, sevgilim.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-mirze-bilal-sevgilim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
GözəllikDaş-qaşlda axtarma gözəlliyi sən,Gözəllik çəməndə, çiçəkdə olar.
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.