Nə seçsin müştəhid, nə bilsin alim
İstərəm mən bir söz bünyad eyliyəm,Şahım, sana məlum olsun kamalım.İyirmi səkkiz hərf heca eyliyəm,Nə seçsin müştəhid, nə bilsin alim.
Mən həriflərdən evlər yaradaram,Göyərəndə şir olsa da basaram.Boş gövtara haçan qulaq asaram?Dəryayi ümmana mən bir misalim.
Leyliyə fərzəndəm, Məcnuna qardaş,Şirinə həmtayəm, Fərhada yoldaş.Adım Xəstə Qasım, yerim Tikmədaş,Əslində şahzadə, məlum məhalim.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-ne-secsin-mustehid-ne-bilsin-alim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Alman yazıçısı V.Buşdan iqtibasAslan ilə Əmir, həm Cabbar,
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?