Alman yazıçısı V.Buşdan iqtibas

Aslan ilə Əmir, həm Cabbar,Götürüb badbanların onlar,Getdilər çöldə ta uçursunlar.Gördülər bir ağac yol üstündə.Üç-dörd alma var idi üstündə.Sulanıb görcək ağzı Aslanın,Yandı-yaxdı o odlara canın.Almanı tez Əmirə göstərdi,Təməhi güc gətirdi, böylə dedi:“Tez əyil, çiyninə çıxım qardaş,Almaları dərim, yeyək yoldaş”.Bu işə razı oldu ol nadan,Atılıb çıxdı çiyninə Aslan.Almanın hamsını çapıq dərdi,Sonra qorxub üsulluca endi.Durmadı öz sözündə ol nadan,Götürüb qaçdı almanı Aslan.Yiyələndi o almanın beşinə,Birini saldı tez özü dişinə,Arxasınca Əmir qaçıb tələsik,Aslana vurdu bir acıqlı təpik.Yıxılıb Aslan, tez yenə durdu,Yumruq ilə bu da onu vurdu.Tutuşub vurdular biri-birini,Cırdılar üst-başını, üzlərini,Gəldi bağban yoluxmağa o bağa,Diqqət ilə baxıb sola və sağa,Görmədi öz yerində almaları,Qaçdı ki, bəlkə tutsun oğruları.O yaxında eşitdi səs, durdu,O iki alma oğrusun gördü.Çox şirin bir-biri ilə davada,Yetişib bağiban o əsnada,Gördü ki, bir-birinə sarmaşmış,Eşələnirlər toza, quma batmış.Bağiban qapdı zorba bir dəyənək,Onlara ləzzət ilə vurdu kötək.Ağlaya-ağlaya iki axmaq,Dedilər “Dərmərik daha mütləq”.Üstləri, başları cırıq, ağlarEvlərinə qayıtdılar onlar.Onlara çün qarışmadan Cabbar,Badibanı hava üzündə uçar.Gedir idi yol ilə qəlbi şad,Demədi hiç kəs ona bir zad.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice