Eşşək üstündə səyahət
Dəyirmançı bir qoca,Minmiş qara eşşəyə.Oğlu da arxasıncaGedirdilər meşəyə,Hava isti, yol uzaq,Lap tərləmişdi uşaq.Gülüb yoldan keçənlərDedilər bax bunlara:“Bu insafsız bəxtəvərÖzü minmiş ulağa,Belə isti havadaOğlu gedir piyada.Harda görülmüş ataÖzü minsin ulağa,Belə isti havadaOğlu getsin piyada.
Endi ulaqdan qoca,Oğlu mindi eşşəyə.Atası arxasıncaÜz qoydular meşəyə.İstiləşirdi hava,Yorğalayırdı qoca.Güldü yoldan keçənlər:“Bax insafsız oğlanaQoca kişi tökür tər,Özü minmiş heyvana.Belə isti havadaAta gedir piyada.Baxın, baxın oğlana!Özü minib heyvana.Belə isti havadaQoca gedir piyada”.Qoca dedi: “Oğlum en,Rahatlın ver heyvana”.Oğlan endi eşşəkdənAta, oğul yan-yana,Elə isti havadaGedirdilər piyada.Güldü yoldan keçənlər:“Baxın qoca axmağa,Oğlu, özü tökür tərMinməyirlər ulağa.Belə isti havadaSürünürlər piyada.Baxın iki axmağaRəhm edirlər ulağaÖzləri bu havadaSürünürlər piyada.”Qoca mindi eşşəyəDönüb dedi oğluna:“Tez ol çataq meşəyəGəl sən də min heyvana”.Atıldı mindi oğlanYorğalayırdı heyvan.Güldü yoldan keçənlər:“Bax qocaya, uşağa,Hər iki bu bəxtəvər,Minib yazıq ulağa.Yollar bütün dağ, dərə,Heyvan batıb qan, tərə.Baxın iki axmağaMinib yazıq ulağa,Hava isti, yük ağır,Bax, heyvandan tər yağır”.Qoca dedi oğluna:“Diqqət verməyək buna,Hər deyilən düz olmaz,Yol sözsüz-sovsuz olmaz”.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-essek-ustunde-seyahet
Use ← → keys to move, R for a random poem
More by this author
Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”
Oyunçu bağalarBöyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Kələkbaz AlbertLerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.
Poems by other poets
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur