Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,Yağır yağış, məğşuşdur əhvalım,Komamız sübhə dək giryan olubdur

İndi Zeynəb xanım gəlibdir qeyzə,Puşidə işləri çıxardıb üzə,Mən də xahiş etdim, apardım düzə,Desinlər ki, xanım ceyran olubdur

Bilmərrə əl götürdüm ana bacıdan,Axşamacan sözü adam acıdan,Nə gələcək qoqquzludan qaçıdan,Cırıq-mırıq hamı Şirvan olubdur

Görmüşdük ki hər vaxt adam qocalı,Xeyr söz danışar səcilə salı,Qeyl-ü-qaldan olmaz bu bir dəm xali,Guya ki atəşi-suzan olubdur

Dünən dedim: göndər bir neçə qəzəl,Şadlıq olan yerdə vəba tapmaz əl,Sərkarı görsəm bir olur çox gözəl,Ürəyim dərdilə biryan olubdur

Göndər mənə müxəmməsdən, qəzəldən,Şeir həqiqətdən, mədh gözəldən,Sərkar tanır müxlisini əzəldən,Məhbublər yüzünə heyran olubdur

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets