Nə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.

Həvayi-sərvqədinlə kəman olub qəddim,Bu çərxi-pir eləyib indi əşkbar məni.

Bəsani-surəti-bican bu künci-pünhanda,Salubdu həlqeyi-zəncirə zülfi-yar məni.

Düşübdü kuhü biyabanə Qeysi-bipərva,Qoyubdu həsrəti-nəzzarə aşikar məni.

Bu əşki-çeşmilə söndürrəm atəşi-hicri,Sipəndvəş eləyib çünki biqərar məni.

Təməllüq əhli degildim, nə var idi bakim,Kəməndi-zülfilə etmiş yarım şikar məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kəminə şükr ilə hər ləhzə, hər zaman söylər:Edibdi dərdü qəmə laşərik yar məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love