Xali-mişkinə baxın, arizi-cananə düşüb,Deyəsən bir həbəşi səfheyi-İranə düşüb.

Murği-dil daneyi-xalın gorəli nalə cəkər,Qisməti ruzi-əzəl ah ilə əfqanə düşüb.

Arizi-aldədir xali-siyahi, əlhəq,Xəti-mişkin necə kim laleyi-nemanə düşüb.

Ey gözüm nuri, yuzundə bax o xali-siyahə,Xəbər et murği-dilə kim, odu bir danə düşüb.

Murği-dil daneyi-xalın həvəsilə duşmuş,Həlqeyi-zulfə ki, zəncirə cu divanə düşüb.

O kaman qaşə qoyub qəmzə oxun, türk yüzün,Şəhrə aşub salıb, hər biri bir yanə düşüb.

Görəli dil səri-zulfini könül bənd oldu,Misrdə Yusifi-Kənan necə zindanə düşüb.

Derimiş dilbər kim, könlü degil məndə muqim,Dil donub qanə o gündən ki, bu böhtanə düşüb.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nöqteyi-xalu gozu qaşı yığılmış niyə,Dövrdə zülfü Kəminə kimi peykanə düşüb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love