Əlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.

Sona kimi gərdən çəkə bilməz bu cahanda,Gəlməz ona nisbət dəxi bu ruyi-zəminə.

Ol Rüstəmi-dastan ki tutub izzlə aramYar olsun onun badəsinə mahi-mədinə.

Hər yerdə səbiyyə görə gər madəri-giti,Nazın çəkib ağuşun açar mədh yerinə.

Xurşid tülu eyləməsin bürci-fənadəGöz xirələnir baxsan əgər çərxi-bərinə.

İnsan deyil bikəsin üstə dil uzatmaqMən qılmamışam kimsənənin xeyrü-şərinə.

Bir parə işarət nəyə lazım, nəyə layiq,Xatəm düşər əlbəttə ki bir divin əlinə.

Şəriyyəti-qərra nəyə lazım ola məsturHər kəs gedər əlbəttə ki şölə əsərinə.

Ol divi-pərizadı görüm düşsün, ilahi,Harut kimi qəhri-xudanın rəsəninə.

Bir guşədə qəmnak və məyus ikən axirSaldı məni-biçarəni afaqi-zəminə.

Həsrət qala şaxi-gülə, gülzari-muradəKim dəydi əbəs bülbüli-biçarə pərinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Pamali-cəfa eylər o sultani-müşəxxəsMən kimi Kəminə düşə gər rəhgüzərinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets