Mən sana gəlmişəm uzaq bir eldən,Məni də sinənə al, Kopet dağlar!Bu odlu qəlbimdə daşqın arzu var,Gəl mənə bir laylay çal, Kopet dağlar!

Hər yanın bir çeşmə, göy çəmən, çayır…Artıq mən nə yazım təsvirə dairGəlmiş hüzuruna əsir bir şair,Sevgimi qəlbinə sal, Kopet dağlar!

Bir xatirat deyə qalsın dərində,Adımı əks etdir dərələrində,Mən gedər olsam da, sən öz yerindəƏsrlər boyunca qal, Kopet dağlar!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring