Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!Yaşil, zümrüd gözlü yamaclarındaAçılır lalələr, ğüllər, a dağlar!..

Tarixdə namının silinməz şanı,Karvanlar boynunun qızıl mərcanı,Sinəndə kəsərlər ellər qurbanı,Keçirərkən ağır illər, a dağlar!..

Torpağın cəvahir, daşların almas,Çamlıqlar geyinmiş ipəkdən libas,Bəzən bilməm neçin saxlayırsan yas,Quzğundan əsərkən yellər, a dağlar?..

Çəkilmiş qəlbinə əskidən min dağ,Titrəyir eşqini anan hər dodaq,Yayılır şikəstə səsləri dağ-dağ,Nə söylər bu qərib dillər, a dağlar?..

Zirvəndə oynayan ruzgarlar acı,Illərlə görünməz başının tacı,Anlat ki, dərdinin nədir ilacı,Nədir bu dumandan tüllər, a dağlar?

Boynunda qızlardan rəngin bir dəstə,Lalələr dağılmış yolların üstə,Sən gəl bu ölkədən min qurban istəSəndən əsirgəməz yollar, a dağlar!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets