Axşam olur, quşlar dönər yuvayaMənim dönüb qonacağım dal hanı?Sabah olur çoban enər obayaMənim qalxıb-enəcəyim yol hanı?

Yaz gəlincə dağlar duman quşanır,Dərələrdən sellər axır, boşanır,Könlüm deyir onsuz nasıl yaşanır?Söylər – mənim doğulduğum el hanı?

Həsrət qalıb baharına, qışına,Sordum onu uçub gələn quşuna,Baxma, dostum, gözlərimin yaşına,Məni ondan ayıracaq qol hanı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets