Acı günlər
Ac çılpaq işçilər bütün gününüÇalışır onlarçın alın təriylə.Özünə borc bilmiş itin gününüDöyüşür həyəcan zərbələriylə.Çalışır, özü ac, ailəsi ac,Çalışır, aldığı muzdu, haqqı nə?Çatmayır ancaq bir yemək haqqına.Heyf haqq verən yox, fəqət nə etsin?Şikayət etməyə kimlərə getsin?Yox, onun gücü var, qüdrəti də var,Ya ölüm, ya həyat versinmi qərar?O zaman Rusiya odlar içindəVuruşlar içində çalxalanırdı.Aclığın kabusu gərmişdi qanad.Hər yanda fəlakət, hər yanda ölüm,Hər yanda kin, zəhər saçan bir həyat.Yoxsullar bu zülmə “yetər” demişlər,Sürünmək ölümdən “betər” demişlər.Ya ölüm, ya həyat budur san deməkÇar isə saraydan gülümsəyərək,Ölüm əmri vermiş, bütün bir ölkəAtılmış tufanlar içinə bəlkə.Hər yerdə işçilər dalğalanaraq,Zəncirli həyata kəsilmiş asi,Şəhər olmuş bir inqilab yuvası,Işçilər içində bir həyəcan var,“Qara kütlələrin” sözünə qarşıBöyük milyonerlər narahat olmuş,Yerindən qopacaq sanki zavodlar,Nökəri görüncə özünə qarşıQızışmış hiddəti, iki qat olmuş,Bir çox zavodlarda işlər qırılır,Bir çox yığıncaqda mitinq qurulur.Natiqlər coşaraq söylər azadlıq,Bir çoxu hayqırır: haqq verin bizə!Çox yerdə işçilər dayanır üzə.Ah, bunu boğmağa qan lazımdır, qan,Əcəba, varmıdır böylə bir igidKi etsin bu asi qəhəri sakit?Var, əvət qüdrətli bir Nikolay var,Hökmüylə talançı, əmriylə qəddar,O bütün ölkəni boğmağa qadir.Onunçun şəhərin duxanlarındanOğru, baş kəsənlər yığılmışlardır.Hər gecə məhəllə, dalanlarındaYeni bir hadisə, bir lövhə vardır.Hər gecə quldurlar, dəstə tutaraqKənar məhlələrə hücum edərdi,Qarşı çıxanları buraxmazdı san,Bütün ailəni soyub gedərdi.Hər qatil bilirdi, çarın qoşunuBir cəzaya məhkum edəməz onu.O zaman hər qaçaq bir hökmrandı,Hər qoçu ayrıca bir qəhrəmandı.Böylə bir şəhərdə kim baş qaldırır,Polisdən xəbərsiz bir baş qaldırır.Kim deməz ki, çarın valisi oğru?Işçilər söylərkən:Bumu çarın bizlərəBəxş etdiyi “ədalət”,“Çəkilməz bu rəzalət,Bu zülmə qarşı artıqBilinməz nə etməli?Milyonların səsiyləYerləri titrətməli...Onunçun toplaşmalı“Bolşevik” firqəsinə,Birlikdə səs verməliRəhbərlərin səsinə.Bu çıxılmaz həyatdanOnlar qurtarar biziDoğru yol budur bütün,Zavodları yıxmalıBütün sahibkarları,Həycanda buraxmalı.O vəhşi alçaqlaraƏn kəskin cavab budur.– Əvət, doğrudur.– Yox, deyil!– Yox, doğrudur!Bir bolşevik hiddətləAtılıb çıxdı üzə– Bu terrorçuluq sizəHeç bir əlac verəməz.Sahibkarlar bu işdənHeç bir zərər görəməz.Onlar bütün zərəriDövlətdən alacaqlar.Ancaq yenə ac qalanIşçilər olacaqlar...Arkadaşlar, durunuz,Başsızlıq etməyiniz.Bolşevik yolu doğru,Başqa yol getməyiniz.Fəqət terroristlərinCoşduqca coşdu qanı“Zavodları yıxmalı...”Səsi tutdu hər yanı.Başlandı terrorçuluqFabrikada, zavodda,Bir çox yerlər alışdı,Məhv olub getdi odda.“Terror” – deyə yüzlərləIşçiləri tutdular.Bağlayıb əl-qolunu,Məhbəslərə atdılar.Milyonerlər zərəriBütün dövlətdən aldı,Yenə zülm, təcavüz,Aclıq yerində qaldı.Günlər keçdi ölkədəAsayiş oldu “bərpa”Yenə sahibkarlarınEvində zövq və səfa.Yenə də köhnə damğa,Əmirlərə vurulduVarlılar qalib çıxdı,Uduzan yoxsul oldu...
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-aci-gunler
Use ← → keys to move, R for a random poem
More by this author
Hürr insanlıq hayqırdı: Qəhr olsun zülm, qorxu, kin.Verdi milyonlar qurban… Bəs yenə bu qorxu nə?
Ləzgi ellərindəGülşən üçün*Mən ömrümdə görməmişdim ləzgilərin elini,
Lənət şairliyiməDurma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…
Mayıs gözəlinəYeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə*Başında ipəkdən bir qızıl örpək,
Poems by other poets
Oldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Ey dəhanın püstəvi lə’li-ləbin innab təkEy dəhanın püstəvi lə’li-ləbin innab tək,Qamətin sərvü yüzün xurşidi-aləmtab tək.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.