Oğlum Araz üçünGəlin kimi qurulursan,Axıb, axıb yorulursan.Göy Xəzərdə durulursanDurna gözlüm, daşqın Araz,Nədir sənin aşqın Araz?..

İlan kimi axışın var,Ceyran kimi baxışın var,İncə sözdən çaxışın var,Dilbər üzlüm, tellim Araz,Mənim ana ellim Araz.

Min göllərin qaynağından,Axıb yaqut oynağından,Öpüb yarın yanağından,Dərdli-dərdli axan Araz,Dost qəlbini yaxan Araz.

Ərzurumun ovasından,Şahinlərin yuvasından,Axıb türkün qovasından,Könlüm kimi coşan Araz,Get Quzğuna boşan, Araz.

Bizim bozkırdan keçərkən,Birləşib Kürdən keçərkən,Doğduğum yerdən keçərkən,Gəl ol mənim dilim, Araz,Sor, necədir Milim, Araz…

Hey axırsan, durduğun yox,Dost halından sorduğun yox,Yardan xəbər verdiyin yox,Qəlbin daşdan sərtmi, Araz?Bu səndə bir dərdmi, Araz?..

Sonra nədən döndü xoyun,Dövran sənə qurdu oyun,Əydin o yağıya boyun,Əski eşqin soldu Araz,Verdiyin söz noldu, Araz?..

Fırtınalı, boralısan,Əski dərddən yaralısan,Soran olsa haralısan,Söylə türkdür soyum, Araz,Sənə olmaz doyum, Araz…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets