İnqilabi şair LahutiyəQasırğalar, boranlar, fırtınalar içindəIllərlə dinlədik biz acıqlı harayları,Dəmir atları çapdıq odların qucağına,Biz yıxdıq, biz devirdik o qanlı sarayları.O saraylar ki, orda qanlı peymanələrdəIçildi yoxsulların zəhərli göz yaşları,O saraylar ki, rəngi qızıl qanla boyanmış,Insan kəllələrindən yaranmışdır daşları.Biz vurarkən zərbəni cütbaşlı ağ qartala,Bir təkanla yıxıldı onu bəsləyən yuva.Mən bilirəm, sənin də qəlbində bir arzu var,O yol çəkiən gözlərin uzaq bir yurda dalmış.Ayırmış bir dünyanı ikiyə, bax bu dağlar,Bizdə bahar açılmış, o yeri boran almış.Mən bilirəm qoynunda qaynaşır uzaq ümman,Üsyanların içində keçər günlər və aylar,Mən bilirəm o titrək dodaqlarında Iran,Var onun da qoynunda yıxılmalı saraylar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets