Yadındamı, on il əvvəl doğulduğun zamanlar,O zamanlar sənin səsin böylə şaqraq deyildi.Silindikcə üfüqlərdən qara sislər, dumanlar,Bizə qarşı çıxan düşmən qüvvətinlə əyildi.

Əks etdikcə gurlu səsin obalara, yurdlara,Dalğalanan tarlalarda ağ qozalar can aldı.Amansız bir zərbə vurdun “sağ”, “sol” güdən qurdlaraYayıldıqca yarpaqların Şura Şərqi şan aldı.

…On il əvvəl oxuduğun mahnı bizim marşımız,Bu marş ilə on yaşını sevinclə etdim tamam.Sən gənc Şərqin günəşisən, işıqları qarşımızBitirdiyin on yaşına “Zəhmət”imizdən salam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets