O zamanlar çocuq idim, təbiətin qoynundaTam asudə yaşar idim, tanımazdım istibdad.Fırlanardım daim könlüm sıxılmayan yerlərdə,Adım Almas, qorxu bilməz, şücaətli bir övlad.

Xoş sözlərlə atam, anam evdə mənə hər zamanHəpsindən çox nənəm, babam, nəsihətlər edərdi.Damdabaca bir div imiş səkkiz başlı, qocaman,Hər bir kəs ki, dindar olmaz, onu yeyər, – deyərdi.

Göy guruldar, şimşək çaxar ifritələr yerində,Ac yalquzaq gözü sanki qaranlıqda göyərmiş.Azanda, div çöldə qalan çocuqları boğazlar,Tanrı bilməz, rahat durmaz insanları yeyərmiş...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets