Kim ovçu niyyətiylə gəzərdi bu dağlarıSinəsində can alan maralı olmasaydı?Kim şair həsrətiylə süzərdi bu dağları,İçindən qəlbi qırıq, yaralı olmasaydı.

Of… Duman çökdü yenə bu könül dağlarına,Kim gətirmiş adımı solğun dodaqlarına?Kim düşərdi həyatın görünməz ahlarına,Bu könül o könüldən aralı olmasaydı?

Kim məni saldı bilməm dayanılmaz bu dərdə,Nerdə mənim öz yuvam, öz elim, günüm nerdə?Anam məni doğurub yaşatmasaydı orda,Ya içimdəki bülbül oralı olmasaydı…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets