Qorkiyə
Sən, daşqın dənizlərin qayalarla çarpışan,Yİldırımlar söndürən dalğasından yarandın.Şahlarin hökm etdiyi yoxsullar ölkəsindəAc, çılpaq “Ana”ların qəm, yasından yarandın.
Ölkədə qan saçırkən knyazların qfrmancı,Sana düşmən kəsildi Romanovların tacı,Onunçun dönüb oldu sözlərin, adın “Acı”Yurdsuzları oxşadın, kimsəsizlərə yandın.
Əzəldən inqilabın sən ayrılmaz eşisən,Boz dənizlərdə süzən fırtınalar quşusan,Sən bu gün milyonların tanınmış yoldaşısan,Dönməz mübariz kimi öz sözündə dayandın...
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-qorkiye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Ömrün payız dayanacağıÖmrün payızınaqədəm qoyuram mən.
PəriSərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,