Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.

Susuz çeşməyə bənzər ol ürək kim,Nə eşqin dərdini, nə qəm duyandır.

Bax, öyrən gör necə pərvanə, bülbülOlublar eşq şeydası zamandır.

Məhəbbət əhlinə bu kafidir kim,Öz eşqiylə o, rüsvayi-cahandır.

Məhəbbət mürği cövlan etsə harda,O eşq ovlar, xəbərdar ol, amandır.

İki dünyanı verrəm sən baxanda,Mənə eşqin bu sövdası əyandır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Necə, Vazeh, əsiri olmayım mənBu eşqin qarşısında Qaf yalandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love