Yenə qanla dolmuş afaqın,Canavar gözlərində kin parlar.İti caynaqlı qanlı pəncədə,Didilən, pək çox ağlayanlar var.Ey siyah üzlü vəhşi əfriyyət,Nə gözəl, kirli şöhrətin vardır.Varlığından usandı bir xilqət,Hakimin qan içən krallarıdır.O krallar, o kinli cəlladlarHökm edən farsda, Çində, hər yerdə.Qopuyor ölkələrdə fəryadlar,Nerdə vicdan, ədalətin nerdə?Varlığın hər dəmirlə, daşlarla,Parçalansın da qanlı yaşlarla,Nə deyim, ah, o gözlərin batsın.Səni, ey Qərb, fələklər ağlatmaz,Bir qədər bəklə sən də, sən də bir az,Səni yalnız bir ağladan olacaqO da əlbət, qızıl, qızıl bayraq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice