Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,Bir fırtına səsi var, buludlar göydə dal-dalAçmış Doğu bağrını sökəcək şəfəqlərə,Qop, ey dəli fırtına, rişəni könlümə sal,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…

Doğan günəşlə qopsun bir axın vəlvələsi,Görünsün qan köpüklü qasırğanın yeləsi,Bitsin əsir türklüyün, bitsin artıq çiləsi,Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…

Sovursun ümmanlara gövdə, bacaq, bilək, baş,Yerə girsin, Kremlin qalmasın daş üstdə daş,Hürr insanlıq uğrunda başlasın qətli-savaş,Vaxt gəlmişdir, ey zaman, bir ölüm şərqisi çal,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets