Bu dünyada hər kəsin öz kökü var,Kökdən qopan, Allahı da danacaq.Tək başına qızıl olsun daş-divarÖzgə ocaq özgəsinə yanacaqÖmür borcdu bu yükünü unutma,Min budaq ol, öz kökünü unutma!

Öz nəfsimiz özümüzə zindansa,Günahını nəfsində gör, yurdda yox!Kor iştahla sürülərin talansaTəqsirini çobanda gör, qurdda yox!Öz sürünü, öz qurdunu unutma,Türkə kömək Boz qurdunu unutma!

Ata yurdu – dağ başında qalaça,Hər bulaqda bir məclisi qurulan.Səndən sonra dağlar kimə qalacaq?Kim olacaq o çaylarda durulan?O çayları, o dağları unutma,O laylalı dodaqları unutma!

Parçalandı neçə yerə bir ürəkŞımır deyil Şeytan kəsdi aranı,Dərdimizə dərman tapa bilməsəkKim sağaldar köksümüzdə yaranı?Hökmümüzü kimlər yazdı, unutma!Bu namusdu, bu qisasdı, unutma.

Yüz tərəfdən qıcansa da diş mənəYenə yazdı , gül-çiçəkdi torpağım,Bir əlimi qalxan etdim düşmənə,Bir əlimdə ay-ulduzlu bayrağım,Qovuşacaq ruh ilə can, unutma!Birləşəcək Azərbaycan, unutma!Yüksələcək qoca Turan unutma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland