Qocalmış bir evdə atamla, anamBir uzaq xəyallar, bir də özləri...Sıxılıb bir ömrün son limanınaDünyanın sonuncu müqəddəsləri!

Sanki su sağılıb lal dərələrə,Dağlar qar altında, gecə qardan ağ.Bu ilahi nuru enmişkən yerəDünya qayğısına kim darıxacaq?!

Yenə halal süfrə, balaca masa,Təmizlik, əbədi ömür yelkəni.Hətta fikrində də əyinti varsaBu evin havası boğacaq səni.

Ocağın daşı da tanıştək baxır,Nə varsa – sevginin sönməz izidi.

Ucalır həyətdə bəyaz qovaqlar,Hər ağac bir oğul xatirəsidi!

Bu balaca evdə sonsuz ucalıq,Ömrün çiçəyi də, ömrün qarı da.Burdadı dünyanın min bir sualıBurdadı onların cavabları da!..

Bir işıq qardaşdı, bir işıq bacı,Hərə bir nəğməni çaldıracaqdır,Ulduzlar çağırır – qolları açıq,İstəsən yanına qaldıracaqdır.

Dağlar üstümüzdə ucalıbdı ki,Əl çəksə yaramız bitişə bilər.Sakitlik elə bir yol salıbdı ki,“Ah” desən Allaha yetişə bilər,

Ata – hikmətini fikrimə əkən,Ana – ruhumuzda açan çiçəkmiş.Dünyada bu yurdun öz sözü varkənAyrı söz aramaq – can çürütməkmiş!

Bu ev qürbətlərə pərvaz uçuran,Kəsən qılıncların – susan qınıdı.Sonuncu limanmı söylədim bura?Bəlkə gözəlliyin ilk limanıdı?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets