Təzə pərdə
Ulu babam RüstəmxanınAlapaça atı varmış.At qiymətli bir papağı,Toz götürməz adı varmış.Boydan hündür, səsdən uca...Öz yerini bilən olub.Söz altında qalmaqdansaSöz üstündə ölən olub!Uzaq eldən qız gətirib,Sonra işi düz gətirib.Bir gövdədənYeddi budaq haçalanıb,Yeddi oğul el içində ad çıxarıb.Yeddi köhlən tərpənəndəDaş yollardan od çıxarıb.
Bizim nəsil bir sevgininNüvəsindən şaxələnib.Qayalarda sığnaq tapanqoç igidinYuvasından şaxələnib.Neçə arxa, neçə qanad,Neçə çarpaz, neçə düyün...Budağından tumurcuqtəkÇırtlamışam mən də bir gün.O ulusun adı məndə –Babaların şax səsiyəm.Bizim nəsil – saz qoludu,Onun təzə pərdəsiyəm...
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-teze-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Səni gözləyirəm günlər uzunu,Saatlar uzunu, anlar uzunu!
Yenə də tək qoyub gedirəm səniYenə də tək qoyub gedirəm səni,Soyuq divarların arxasında tək...
“Xoşbəxt ol” söylədin“Xoşbəxt ol!” söylədin, “ayrılaq daha”Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Belə yaşayıramNə isə çatışmır xoşbəxtlik üçünGör nələr ummuşam “nə isələrdən”.
Poems by other poets
Ay ağalar, gəlin sizə söyləyim,Əzəl yaxşı olar, yar aşnalığı.
MərdAnalar oğlan doğanda qoy doğsun oğlanı mərd,Atası kamil olan tez tapar dövranı mərd,
Kim ki, eylərsə libasini mübəddəl kəfənəKim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.