Yenə də tək qoyub gedirəm səni
Yenə də tək qoyub gedirəm səni,Soyuq divarların arxasında tək...Gedirəm bir qısa, xoşbəxt gecəniGizli dünyamızda dəfn eləyərək!
Bilirəm bu evin xoşbəxt anlarıBaşlayır mənimlə, bitir mənimlə.Gedir qulağımda pıçıltıların,İncik baxışın da gedir mənimlə.
Ürəyim astaca sıyrılır oddan,Dünən düz gəldiyim yol dolaşıbdı.
Elə bilirəm ki ikinci qatdaYalqız pəncərən də solğunlaşıbdı.
Gedir gözlərimdə gözündəki qəm,Ömrün sonunadək silinə bilməz.Görünür mən adi adam deyiləm,Adamlar ikiyə bölünə bilməz!
Yenə də yollara enər bir axşam,Mən də bu yollarla qayıtmalıyam.Gündüz yad üzlərə yatan dərdimiAxşam öz üzümə oyatmalıyam.
Daş olub köksümdən asılıb qəhər,Ruhum səninləsə mən necə sağam?Yəqin ki güzgüyə baxsam bu səhərÖzgə bir adamla rastlaşacağam.
Yenə də tək qoyub gedirəm səni,Bir azdan şəklin də gözümdən itər.Görüşün yenidən doğulmağımdıAyrılıb getməyim ölümdən betər!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-yene-de-tek-qoyub-gedirem-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkarSən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,Məndən çək əlin, eylə gilən pir ilə rəftar!