Ölüm mədhiyyəçiləri
Yurdu yağmalananyıxılan, duran.Vuruşa-vuruşaev-eşik quran.Xalqın şairləri dünyadan küskün.Sızıltı içində, giley içində,Tale başımıza ildırım tökür,Yanır harayımız bir ney içində.
Sözün başı ölüm, ayağı ölüm,Dilimiz ucunda bayağı ölüm...
Hər şeyin halalı, haramı olurDərd də öz qədrini biləni sevir.Yataqda ölənə – məzar narahatTorpaq da döyüşdə öləni sevir.
Yer də yaşamaqdan yorulub daha,Nə aldın, nə verdin sən əvəzinə?Onsuz da hər yerdən ölüm göyərirMəzar səpilirsə dən əvəzinə.
Düşmən ölüm biçir,düşmən şər əkir,Başdan töküləndən hədiyyə olmaz.Bu xalqa yaşamaq öyrətməmişdənÖlümə bu qədər mədhiyyə olmaz.
Yaşamaq!Həyatı qoruya bilmək!Torpaq doğma dildə dinəcək onda.Tanrıya qovuşan ruhlar yaşasaÖlüm də qiymətə minəcək onda.
Bizim də mayamız belə tutulubDünyanı söz ilə dəyişməliyik.Ölüm – hamımızın son səngərimizSonuncu sözədək döyüşməliyik.
01.II.1997
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-olum-medhiyyecileri
Use ← → keys to move, R for a random poem
More by this author
O körpə əlləri mənim gör nəyim, –İstidə yelpiyim, qışda köynəyim...
Günəbaxan zəmisindəSəhər günəbaxan zəmisi şehli,Körpə günəşlərdi odsuz yananlar.
Əlac nədirAytən xanım,Bir ölkədə
Polşadan bir yarpaqJurnalist Beata Karçevska əzəmətli Mazovesk*qalasının üstündən öz evlərini göstərdi. Alma*
Poems by other poets · Death
Driğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
سر تابوت مرا باز گشائید همهخود ببینید و به دشمن بنمائید همه
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
Son misralarıArizi qəmlər əlindən ürəyim şişmiş idi,Zənn edirdim edəcəkdir ona çarə ciyərim,