Bakının siyasət burulğanındanQopub ürəyimlə qaldım baş-başa.Yovşanlı çöllərin ilıq havası,Rənglər şəlaləsi – boz dağlar,Yol üstəyalqız ağac,Sonra meşə adlıyaşıl tamaşa!..Hayana baxıram Tanrının hökmü,Allahın şəklidir, üzümə gülür,Tək mənim içimdə bəndə havası,Tək mənim gözümdən ağrı tökülür.

Könlümü açaydım bu şəlaləyə,Bu sellər içimdən axıb keçəydi.Bu güllər əksidir min-min duyğumun,Rəngini sözümə yaxıb keçəydi.

Saçımın ağını aparar leysan,Bəlkə göz qəminə çəməndi dərman!!Bəlkə yol götürdü diz ağrısınıAtdım bu daşları qanadlarımdan!

Torpaqda o qədər bərəkət var ki,Özün öz ovcunda bitə bilərsən,Qapını Əzrayıl döyməzdən qabaqTanrıya qovuşub itə bilərsən!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love