Yardımlıya dönərkən
Payız gəldi, yenə gəldim dağlara,Bostanların uralanan çağıydı.Bu dünyanın nə ki rəngi, naxşı varBir yamacda sıralanan çağıydı.
Qızıl meşə ağ dumanı darayır,Köçdən qalan yol yoldaşı arayır,Durna səsi, uşaqların harayı...Ürəyimin yaralanan çağıydı.
Meşə yolu xəzan altda itəcək,Dostlar gedib, səsim kimə yetəcək,Nə yazmışam, nə yazmıram bitəcək,Yazdığımın qaralanan çağıydı.
21.X.1990
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-yardimliya-donerken
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəllik ilahəsi ilə görüş
Sənin bu ilahi gözəlliyinə,Dünya min illərdi baxır heyrətlə.
YollarımızAzərbaycan yollarının ilqarı dönməz,Qanadlanıb bir oymaqdan
Müqəddəs adətlərMüqəddəs adətlər ucaldır məni,Mən onun eşqiylə yaşayam gərək.
Bir mahnı oxuyur kənd gözəlləriBir mahnı oxuyur kənd gözəlləri,ay lolo, bir mahnı,