Mikayıl Azaflıya
Qapını açmışıq, Mikayıl əmi,Ustad ayağına gələnlərdənik.Deyirlər qurumur gözünün nəmi,Biz qardaş gözünü silənlərdənik.
Sazın min dərdimin bircə əlacı,Sözün arzumuza qapılar açır,Başına taleyin qoyduğu tacıMillətin şöhrəti bilənlərdənik!
Üstündən fələyin tufanı əsər,Mərdliyin İranı, Turanı gəzər,Kişinin çörəyi özünə bənzər,Tikəni halalca bölənlərdənik.
Ədalət çağırdın soraq gəlmədi,Bu zindan dünyada üzün gülmədi,Qəminə sevinən qafil bilmədiBizlər də axırda gülənlərdənik!
Gümüş saçlarını sərib səhərə,Yüz ilin dizini vurarsan yerə,Haqqa tapınanlar daş qoyan yerəBiz də baş qoyaraq ölənlərdənik.
Tovuz, 1988
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-mikayil-azafliya
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayəDüşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə,Təaləllah, zəhi sünbül, təaləllah, zəhi sayə!