Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə,Təaləllah, zəhi sünbül, təaləllah, zəhi sayə!
Nəzirin yazamaz ayruğ əzəl nəqqaşı rüxsarınKi, hüsnün dövri xətm oldu bu rüxsari-dilarayə.
Qaşın me’racinə sufi irişmək istər, ey huri,Vəli hər qasir idrakın ürucu irməz ol yayə.
Üzün vəş-şəmsü yasindir, müsənna kirpiğin taha,Tanıqdür əlləzi-əsra bu me’racü bu əsrayə.
Rüxün əsmayi-hüsnadır, təala şanəhu, gör kim,Nə ehsan eyləmiş möhsin bu hüsni-surət-əsmayə.
Saçındır leylətül-əsra, qaşın əsrari-ma əvha,Qanı həqdən irişmiş can bu ma əvhayü əvhayə.
Vüsalın qiyməti dürdür, nəhayətsiz dəniz eşqin,Bu dürrün kanın ol buldu ki, qərq oldu bu dəryayə.
Rüxün rəngi, saçın buyi nə ziba rəngü budur kim,Gülü gülzarə göndərdi, buraxdı mişki səhrayə.
Gəl ey tuba, sücud eylə bu siminbər səhi sərvəKi, əmri-əscədü gəldi bu rə’na qəddü balayə.
Pərişan zülfünün halın nedirsən bilmək, ey aqil?Bu sevda incə sevdadır, dolaşma sən bu sevdayə.
Saçın vəslindən ol aşiq həyati-cavidan bulduKi, təslim eylədi canın bu reyhani-səmənsayə.
Münəvvər əbhərin türkü evin yəğmaladı əqlin,Moğol hər qanda varırsa düşər taracü yəğmayə.
Nəhəngi-məcməül-bəhreyn xüruç etdi məkanından,Sədəf ağzındakı dürrü buraxlı qə’ri-dəryayə.
Bu gün şol mahi-tabanın üzün gör zahir, ey abidKi, məhrum oldu ol xasir ki, məğrur oldu fərdayə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi çün səni buldu, dü aləmdən vəhid oldu,Kəsildi mavü mənlikdən, ulaşdı zati-yektayə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-dusurmus-enberin-zulyfun-humayun-kolgesin-aye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Gözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
Ah necə mən tapım bu dərdə dərmanAh necə mən tapım bu dərdə dərman,Ki, zülfü, dodağı, rüxsarı haman.
دی، مرغکی بمادر خود گفت، تا بچندمانیم ما همیشه بتاریک خانهای
Şairlər tabutda böyük görünürMən suya heyranam, torpağa heyran,bir tənək əkirsən, yüz qanad verir.