Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə,Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə.
Könlümü viran eylədim, mehrin yerin can eylədim,Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə.
Dərdi-məhəbbət aşiqə dərman yetər, var, ey həkim,Hərdəm mana bir dərd ilən artırma dərman üstünə.
Rüxsarın üzrə zülfünü hər kimsə kim, gördü dedi:Küfri-siyəhdir, sanasan, dağıtmış iman üstünə.
Yaquti-reyhandır xətin, ey quti-can, lə’li-ləbinŞö’lə ki, düşmüş Xızr tək ol abi-heyvan üstünə.
Nuri-təcəlli sirrini xalında gördü gözlərim,Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Eşqindən, ey arami-can, gərçi Nəsimi xak olur,Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-dusmus-muenber-sunbulun-xursidi-taban-ustune
Use ← → keys to move, R for a random poem
More by this author
Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandırBoyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Cahan üzün günəşindən münəvvər olmuşdurCahan üzün günəşindən münəvvər olmuşdur,Səba saçın qoxusundan müəttər olmuşdur.
Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylərCamalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər,Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.