Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz,İçdim ləbin şərabını, cam olmadan hənuz.
Gördüm üzünü Kə’bədə əhli-səfa ilə,Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz.
Yazmış üzündə sureyi-rəhman ələssəlam,Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz.
Gördüm üzünü nuri-təcəllivü şövqünüAyü günəşdən nuri-qiyam olmadan hənuz.
Dürdanə dişlərini nigarın görəndə mən,Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz.
Vəchində yazmış idi anın yirmi səkkiz hərf,Xətti-bəyani-hərfü kəlam olmadan hənuz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Görmüş idi üzündə Nəsimi nişani-həq,Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-dusdum-ezelde-zulfune-dam-olmadan-henuz
Use ← → keys to move, R for a random poem
More by this author
Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə,Daş ola kim ki, surətin olmaya aşiq ayinə.
Surətin nəqşinə xəyal irəməzSurətin nəqşinə xəyal irəməz,Gözlərin alasına al irəməz.
Surətin nəqşində könlüm, ey sənəm, heyran olurSurətin nəqşində könlüm, ey sənəm, heyran olur,Bir nəzər görsəm, camalın dərdimə dərman olur.
Surəti-nəqşində hər kim görmədi nəqqaşınıSurətin nəqşində hər kim görmədi nəqqaşını,Vahibi-surət onun gözsüz yaratmış başını.