Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə,Daş ola kim ki, surətin olmaya aşiq ayinə.
Eşqi-rüxün təriqidir dari-səlamətin yolu,Mənzilinə qaçan irür kim ki, bu yolda tayinə.
Dünyəvü mülkü malinə meylü məhəbbət eyləmə,Çün gedisərsən, ey məlik, axirətin sarayinə.
Vəsli-rüxündən, ey pəri, ta əbəd oldu möhtəcibKim ki, müqəyyəd olmadı zülfü girehgüşayinə.
Fatihədir anın üzü, nunü əlifdir ayəti,Səllü və səlləmü əla surəti-canfəzayinə!
Zülfi-dütasının qəmin sor bu əsiri-eşqə kim,K’oldur əsir edən məni silsileyi-dütayinə.
Başinə kim ki, düşmədi kölgəsi ənbərin saçın,Dövlətə sadiq olmadı, uğramadı hümayinə.
Hur ilə cənnətü liqa görməyə həqdən, oyla bil,Kim ki, üzündə görmədi həqqi bu gün müayinə.
Eşqinə kim ki, qılmadı baş ilə canını səbil,Dərdinə çarə bulmadı, uğramadı dəvayinə.
Vermişəm ol qara saçın qövlü qərarına könül,Gərçi inanmazam anın əhdinəvü vəfayinə.
Hüsnü rüxün zəkatını ayə gər eyləsən əta,Mehri-müniri-təl’ətin görünə, mah bayinə.
Hüsnünə xaliqülbəşər xətmi-məlahət eylədi,Dövlət anın kim uğradı xətməsinin duayinə.
Canverici ləbindədir şərbəti xəstə könlümün,Kimdir irişdirən anı şərbətinin şəfayinə?
Lə’li-ləbin hədisini incuyə nisbət eyləyən,Gör nə cəfalər eyləmiş cövhəri-canfəzayinə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Eşqinə verməsin könül şol sənəmin, NəsimitəkKim ki, təhəmmül eyləməz cövrünəvü cəfayinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-sureti-heqqe-ey-senem-bedri-ruxundur-ayine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Əzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı