Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə,Almaya kimsə könlünü, şiveyi-alə düşməyə.
Surəti-həqsən, ey qəmər, pərdəsiz eylə üzünü,Ta büti-azəri yazan nəqşi-xəyalə düşməyə.
Sovməə əhlini üzün də’vət edərsə gər meyə,Zahid əlindən ayruq ol cami-piyalə düşməyə.
Yüz ilə qaşını necə vəsf edə ya bəyan qıla,Şol ki, anın nikahı ol bədrü hilalə düşməyə.
Xalü xətin qələm kimi şərh edərəm ki, bir dəxiSərzəniş eyləyən məni cürmü vəbalə düşməyə.
Sünbülünü gül üstünə qoyma ki, yeli dağıda,Ta ki, xəyali-xam edən fikri-məhalə düşməyə.
Xal ilə ənbərin saçın dal ilə nüqtədir, vəli,Kim deyə zal, əgər bənin nüqtəsi dalə düşməyə.
Fitnə qara gözün məni-məsti məlalət eylədi,Şol qədəhi kim içə kim, varə bu halə düşməyə?
Pərdədə yaşır, ey qəmər, üzünü ta ki, münkirinKəmnəzəri bunun kimi hüsnü cəmalə düşməyə.
Qüdrət əli əgər üzün nəqşini yazə günəşə,Ta əbəd ol kəmal ilə qalə, zəvalə düşməyə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Söylənə gər Nəsiminin mədrəsədə məqaləti,Dərsini qoya mədrəsə, qiyl ilə qalə düşməyə?
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-sunbuli-zulfunun-eger-qonsusu-lale-dusmeye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara