Sünbülün əbrində gördüm uş məhi-taban gəlir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sünbülün əbrində gördüm uş məhi-taban gəlir,Saçların hər tarəsindən şö’leyi-iman gəlir.
Surətin əşkalıdır inna fətəhna, ey nigarKim, bu eşqin ayətində həqqə uş bürhan gəlir.
Zülmətin dövranı keçdi, oldu ol Xızr aşikar,Şimdi sordum, ləblərindən çeşmeyi-heyvan gəlir.
Gərçi ehsan etdiyin daim vəfadır aşiqə,Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan gəlir.
Razımı faş etdi ahım, şol səbəbdən, ey nigar,Vəslinə vəsl olmağa çün dəğmə hər nadan gəlir.
Lövhi-məhfuz oldu qaşın, kirpigin eşq əhlinə,Surətin lövhündə, ey can, həq dedi Fürqan gəlir.
Gül yanağın həsrətindən bülbül, ey can aşiqi,Ah edər gül həsrətindən, biləməz xəndan gəlir.
Əhsəni-təqvimə çün səcdə qılır hurü mələk,Surətin gördü məgər kim, səcdəyə şeytan gəlir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün məqami-dilbər oldu, ey Nəsimi, aşikar,Şol həyati-cavidan buldu, yeri cinan gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-sunbulun-ebrinde-gordum-us-mehi-taban-gelir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,