Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!
Şol moğolçin nərgisinlə çünki qapdın könlümü,Bağrımı cövrinlə pürxun, ey dilaram, eyləmə!
Kimsə çün yarın vüsalın bulmadı tamat ilə,Əbsəm, ey xəlvətnişin, əndişeyi-xam eyləmə!
Və’də qılmış həq bizə çün səlsəbilü hurü eyn,Qoyma əldən şahidi, tərki-meyü cam eyləmə!
Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil,Danə düzmə təsbihi, səccadəyi dam eyləmə!
Zülfü rüxsaridir anın zikrimiz hər sübhü şam,Zikrsiz hərgiz, ilahi, sübhümüz şam eyləmə!
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün Nəsiminin muradı sənsən, ey arami-can,Xəlq içində anı düşmənkamü bədnam eyləmə!
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-bergi-nesrin-uzre-miskin-zulfunu-dam-eyleme
Use ← → keys to move, R for a random poem
More by this author
Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən mehi-Çini,Za, za, za, zar oluban mən çə, çə, çə çən, çend nişini.
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlümGəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsizGəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,Odundan acı hicranın su oldum, axaram sənsiz.
Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinəGəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə,Gəlgil ləbin qəndin ilət, gül anların gülqəndinə.
Poems by other poets · Love
Ayrı düşdüm vətənimdən, elimdən,Başı çənli, qarlı dağlar, qal indi!
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.