Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Qara qaşın hilalını gözümdən ta bəid etdin,Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm.
Səqahüm rəbbühüm gəldi dodağından xəbər cana,Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm.
Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş,Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm!
Nə gövhərsən, əya can kim, cahanın bəhrü-kanındaMükərrəm qədrü-qiymətli səni bildi gühər könlüm.
Qəmin narından, ey dilbər, könül qaynar, içim yanar,Bu rənci-möhnəti gör kim, qəm ucundan çəkər könlüm.
Səbir qılmaq dəvadır der mühübbün dərdinə naseh,Vəli naseh dəvasından olur hərdəm betər könlüm.
Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırmaKi, şol ömrüm ki, vəslinlə keçər, ömrə sayər könlüm.
Vüsalından məni ayru, kərəm qıl, qıyma, lütf eyləKi, vəslinlə müdam olmaq dilər şamü-səhər könlüm.
Gəl ara könlümün için, gör, ey can kim, fəraqından,Nə acı qüssələr yudar, nə ağular içər könlüm.
Iki aləm mana sənsiz gərəkməz, olmasın hərgiz,Cahanın hasili sənsən, anı sənsiz nedər könlüm?
Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı,Tənim şəhrində sevdadan dəli olmuş, gəzər könlüm.
Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz,Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm.
Əzəldə surəti-rəhman üzün şə’nində gördüm çün,Ilahi surətin daim bu mə’nidən sevər könlüm.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi yarını verməz cahanın varına, andanKeç, ey də’vaçı nadan kim, degildir ol qədər könlüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-gel-ey-dilber-ki-mustaqam-seni-gormek-diler-konlum
Use ← → keys to move, R for a random poem
More by this author
Surətin nəqşində könlüm, ey sənəm, heyran olur,Bir nəzər görsəm, camalın dərdimə dərman olur.
Surəti-nəqşində hər kim görmədi nəqqaşınıSurətin nəqşində hər kim görmədi nəqqaşını,Vahibi-surət onun gözsüz yaratmış başını.
Susadı könlüm nigarın lə'li-ruhəfzasinəSusadı könlüm nigarın lə’li-ruhəfzasinə,Talibi-şövqəm həbibin surəti-zibasinə.
Şərbətin acı firqətin nuş edərəm şəkər kimiŞərbətin acı firqətin nuş edərəm şəkər kimi,Canımı dutmuşam qəmin qarşısına sipər kimi.
Poems by other poets · Love
Qoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Şamu səhər, ey dil, vəchi-dildarəŞamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,