Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,Odundan acı hicranın su oldum, axaram sənsiz.
Xəyalın gəlmiş, ey huri, gözüm qarşısına durmuş,Fəraqindən yanır bağrım, xəyala baxaram sənsiz.
İki aləmdə məqsudum vüsalinə irişməkdir,Zəmirim, niyyətim oldur, qaçan fal açaram sənsiz.
Amansız firqətin hər dəm bu viran könlümün şəhrinƏsasi-rəsmini yıxar, netəkim yaparam sənsiz.
Sulu inculərin şövqi gözümdən axıdar yaşı,Bu lö’lö mə’dənindən gör nə mərcan saçaram sənsiz.
Gəl, ey məhbubi-ruhani ki, hər dəm boynuma qəmdənFəraqin, həsrətin, şövqin ipini taxaram sənsiz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi canını eşqin yolunda eylədi qurban,Anın adın bu mə’nidən qan ilə yazaram sənsiz.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-gel-ey-dilber-meni-gor-kim-nece-xos-yanaram-sensiz
Use ← → keys to move, R for a random poem
More by this author
Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər,Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər.
Dilbəra, mən səndən ayru ömrü canı neylərəmDilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?Təxti-tacı, mülkü-malı xanimanı neylərəm?
Dilbəra, şəmsüzzühadır ayəti-rüsxarınızDilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,Ayəti-tahavü yasin surəti-didarınız.
Dildarə müştaq oldu can, anın camalın arzularDildarə müştaq oldu can, anın camalın arzular,Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.
Poems by other poets · Love
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Nəvayi-aşiqanəYaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,