Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?Təxti-tacı, mülkü-malı xanimanı neylərəm?

İstərəm vəsli-camalın ta qılam dərdə dəvaMən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan,Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına,Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Maqta — the closing couplet bearing the poet’s pen name. Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love