Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.

Can əgər cıxsa olur ki, ola movcud əvəzi,Leyk movcud deyil dəhrdə canana əvəz.

Cox pərişandı konul zulfi-pərişanın ucun,Bu pərişanlığı qoydum o pərişana əvəz.

İstəməm mushəfi-ruxsarına qarşı ayət,Tutaram ol xəti-ruxsarını Qurana əvəz.

Dilu dildarımı gər dust tutam mən etmin,Yoxdur aləmdə, nedim, bu evi virana əvəz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xəzani qəmi-hicran ilə yanmış, ya rəb,Tut bu yanmağı sən ol atəşi-neyrana əvəz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love