Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər,Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər.

Gər sana təqrir edəm şərhi-dərunum şəmməsin,Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər.

Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün,Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər.

Sübhi-vəslindən camalın afitabın görməyə,Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, yarın əsmasın dilindən qoymagilKim, müsəmmaya səni xasiyyəti-əsma çəkər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love