Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz,Çün müyəssər oldu vəslin, qeyri didar istəməz.
Könlümə eşqini qismət çün əzəldən qıldı həq,Ta əbəd eşqindən özgə nəsnə, zinhar, istəməz.
Könlümün Mənsuri çünkim, zülfünü edindi dar,Yə’ni ki, Mənsur olan zülfündə bərdar istəməz.
Mən kəsildim masivallahdan bu gün, ey müddəi,Vahid oldum yar ilən, aşiq olan var istəməz.
Bu dili-biçarədən sordum nədir dərdinə əm,Dilbərin lə’lindən ayrı hiç timar istəməz.
Bu könül şəhrini çünki, hicr viran eylədi,Gəl ki, səndən özgə bir mə’murü me’mar istəməz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün ləbin abi-həyatidir həyati-ömrümün,Bu Nəsimi səndən ayrı leysə-fiddar istəməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-dilbera-dil-senden-ozge-bir-dexi-yar-istemez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Haqq işinə qarşı getmə,Məni oda atma, ana.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,